09.09.2019

Səhiyyə Nazirliyi bağça və məktəblərdə qida rasionu ilə bağlı işə qarışdı

Səhiyyə Nazirliyi məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə uşaqlar üçün qida rasionunun hansı formada olması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra AQTA həmin qidaların nə qədər təhlükəsiz olduğuna nəzarət edəcək: «Biz tövsiyə üçün «yaşıl», «sarı» və «qırmızı» vərəqələr də hazırlamışıq. Bunları daha sonra ictimaiyyətə açıqlayacağıq. «Yaşıl» vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlar üçün hansı qidaların qəbuluna tamamilə icazə verilməli olduğu qeyd edilib. «Sarı» vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. «Qırmızı» vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir».

Q.Təhməzli bildirib ki, AQTA tərəfindən ölkəmizdə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasının 500-ündə qida təhlükəsizliyi üzrə monitorinqlər həyata keçirilib. Hazırda bağçalarda yoxlamalar davam edir:

«Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik. Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət edəcəyik və həmin müəssisələrdə qida təhlükəsizliyinin qorunmasını təmin edəcəyik».

Mənbə trend.az


Digər xəbərlər


Neftçilər prospektində avtomobil aşıb - video

Bakının Nefçilər prospektində baş vermiş qəza zamanı, Opel və Volkswagen markalı iki avtomobil toqquşub, nəticədə Opel markalı avtomobil aşıb. ...

Ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilər müsadirə edilib

Azərbaycan gömrükçüləri 300 min manat dəyərində aksiz markasız spirtli içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar. Dövlət Göm...

Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür. Bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Bakıda...

Mobil telefonlardakı təqvim hansı təhlükədən xəbər verir?

Məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox isti...