11.09.2019

Şumaxer ayılmağa başlayıb

Sentyabrın 9-da yayılmış məlumata görə, Formula 1 yarışlarının yeddiqat çempionu, başından ağır zədə aldıqdan sonra bərpa prosesi davam edən Mixael Şumaxeri gizli şəraitdə Parisdəki bir klinikaya gətiriblər.

Klinikanın tibbi heyətinin bir üzvünün (bu şəxs adının çəkilməsini istəməyib) “Le Parisien” nəşrinin nümayəndələrinə dediyinə görə, Şumaxer həqiqətən həmin xəstəxanadadır və onun huşu özünə qayıdıb. Nəşrin müsahibi deyib: “Bəli, o bizdədir. Sizi əmin edə bilərəm ki, huşu özündədir”.

Daha sonra bildirilir ki, Mixael Şumaxer “Ferrari” komandasının heyətində çıxış edərkən bu komandaya rəhbərlik etmiş, hazırda FİA-nın prezidenti olan Jan Todt Şumaxerə baş çəkməyə gəlib.

Şumaxer 2013-cü ilin dekabr ayında dağ xizəyi kurortunda yıxılandan sonra onun başı ağır zədələnib. Şumaxerin səhhətinin vəziyyəti barədə rəsmi məlumat alınmayıb.

Mənbə azertag.az


Digər xəbərlər


Elçin Şıxlı İTV-də fəaliyyət göstərəcək

Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı İTV-də fəaliyyətə başlayıb. O, “Pressinq” verilişinin aparıcısı vəzifəsin...

Güclü küləklə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumat...

Ağcabədidə bir yaşlı uşaq cəhalət və savadsızlığın necə qurbanı oldu?

Verilən məlumata görə, Kəhrizli kənd xəstəxanasında analiz, rentgen üçün heç bir şərait olmadığından, azyaşlı Quzanlıya göndərilib Ağcabədi rayonu...

“Baku Bus” avtobusu qəzaya uğradı - Video

Bakının Nəsimi rayonunda “Baku Bus” avtobusu qəzaya uğrayıb. Hadisə Nizami küçəsilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində qeydə alınıb. Be...