06.09.2019

Tesla şirkəti elektromobilləri üçün batareyaları özü istehsal edəcək

Tesla şirkətinin öz batareyalarını istehsal etməsi planları barəsində ortalıqda gəzən məlumatlar öz təsdiqini tapdılar. Belə ki, ortaya çıxmış vakansiyalar siyahısına əsasən elektromobillər üçün nəzərdə tutulmuş batareyalar Kaliforniya ştatının Frimont şəhərindəki zavodda istehsal ediləcək. Lakin heç istisna deyil ki, batareyalar həmçinin Kolorado ştatında da istehsal ediləcək. Bu barədə Electrek saytı xəbər verib. Hal hazırda Tesla şirkəti Panasonic-in batareya elementlərindən istifadə edir.

Həmin batareyalar Model X ilə Model S elektromobil modelləri üçün Yaponiyadan əldə edilir. Model 3 elektromobili üçün nəzərdə tutulmuş batareyalar isə Nevada ştatındakı Gigafactory 1 zavodunda istehsal edilir. Batareya istehsalını öz əlinə götürəndən sonra Tesla şirkəti batareya istehsalı miqyasını böyüdə və istehsal prosesində gecikmələri aradan qaldıra biləcək. Bundan əlavə olaraq bu o deməkdir ki, Tesla batareya istehsalına görə kənar şirkətlərə vəsait ödəməyəcək.  

Mənbə technote.az


Digər xəbərlər


Azərbaycan və Çin kənd təsərrüfatı texnikası üzrə müəssisələr yaradacaq

Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib...

Azərbaycanlıların yaratdığı layihə Rusiya iş dünyasının marağına səbəb olub

Rusiyanın ən iri banklarından olan Sberbankın startaplar üçün keçirdiyi akseleratorun qalibləri içərisində həmyerlilərimizin yaratdığı son dərəcə mar...

Avstriyadan böyük qadağa! Avropa İttifaqı və Merkosur dövlətləri arasında ticarət sazişinə veto qoydu

Sentyabrın 19-da Avstriya Parlamentinin Aİ üzrə alt komissiyasında qəbul edilmiş qərar həm ölkə, həm də xarici mətbuatda böyük əks-sədaya səbəb olub....

Huawei şirkəti Google servislərinin yerinə nəyi tətbiq edəcək?

Baş tutmuş 2 saatlıq təqdimatdan sonra Huawei şirkəti vacib məlumatı səsləndirdi. Belə ki, yeni smartfonlar Google servislərini əldə etməyəcəklər. La...