09.09.2019

Toylardakı tez-tez zəhərlənmələrin səbəbi açıqlandı

Azərbaycanda baş verən qida zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi rejimləri daha çox ictimai iaşə müəssisələrində gözlənilmir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli deyib. 

Onun sözlərinə görə, qida zəhərlənmələri faktlarının təxminən 95 faizinin laborator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etmədikləri məlum olub: 

«Məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun istehsal oluna bilər. Həmin məhsul düzgün daşına bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigiyenik qaydalara əməl etməsələr, bunun nəticəsində insanların toy mərasimlərində kütləvi şəkildə mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər».

Q.Təhməzli bildirib ki, aparılan audit və monitorinqlər nəticəsində ilkin istehsal müəssisələrində qida təhlükəsizliyinin gözlənildiyi, amma ictimai iaşə müəssisələrində isə əksinə olduğu aydınlaşıb:

«Bura insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizlik sisteminin gözlənilməsi tək qidaların özünün keyfiyyəti ilə deyil, orada işləyən şəxslərin özünün şəxsi gigiyena qaydalarına əməl etməmək faktı ilə bağlıdır».

Mənbə oxu.az


Digər xəbərlər


Mobil telefonlardakı təqvim hansı təhlükədən xəbər verir?

Məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox isti...

Bakıda 11 küçədə təmir başlayacaq, hərəkət məhdudlaşdırılacaq

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində komplek...

Azərbaycan Dilqəm və Şahbazla bağlı nə təklif etdi?

Azərbaycan tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni z...

Prezidentdən çoxmənzilli evlərin təmiri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qe...