05.09.2019

Türkiyə bayrağına qarşı hörmətsizlik edildi — VİDEO

Livanda Türkiyənin Beyrut səfirliyi qarşısında toplanan bir qrup türk bayrağı ilə birlikdə üzərində baş fiquru yer alan «Siz də oturduğunuz yerdə oturun» yazılı plakatı binanın baş qapısına asıb. 

Livan prezidenti Mişel Aunun Osmanlı dövlətinin Livanlılara dövlət terroru tətbiq etdiyi istiqamətindəki qalmaqallı ifadələrindən sonra Türkiyənin Beyrut səfirliyində provokatif aksiya keçirilib. Diplomatik mənbələrdən alınan məlumata görə, paytaxt Beyrutun şimalında yer alan Türkiyənin Beyrut səfirliyinin önünə səhərin erkən saatlarında 8 nəfərlik bir qrup gəlib. Polislərin bütün xəbərdarlıqlarına baxmayaraq, səfirlik binasının giriş qapısına qədər irəliləyən şəxslər türk bayrağı ilə birlikdə üzərində baş fiquru və «Siz də oturduğunuz yerdə oturun» yazılı bir ifadənin yer aldığı plakatı binanın baş qapısına asıb.

Provokativ aksiya plakatın səfirlikdəki vəzifəli polislər tərəfindən qısa müddətdə endirilməsi ilə başa çatıb. Sözügedən şəxslərin isə prezident Aunun siyasi partiyası Azad Vətənpərvərlər Hərəkatına bağlı olan Omega qrupu mənsubları olduğu ifadə edilir.

Qeyd edək ki, prezident Mişel Aun Livanın quruluşunun 100-cü il dönümü münasibətilə Osmanlı dövlətinə qarşı təhqir məzmunlu bir çıxış etmişdi. 

Mənbə moderator.az


Digər xəbərlər


Mobil telefonlardakı təqvim hansı təhlükədən xəbər verir?

Məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox isti...

Bakıda 11 küçədə təmir başlayacaq, hərəkət məhdudlaşdırılacaq

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində komplek...

Azərbaycan Dilqəm və Şahbazla bağlı nə təklif etdi?

Azərbaycan tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni z...

Prezidentdən çoxmənzilli evlərin təmiri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qe...