18.09.2019

Türkiyənin məşhur iş adamı Azərbaycanda böyük işlər görməyə qərar verib

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkətinin rəhbəri və təsisçisi Nurcan Babalık Bakıda keçirilən “Bimser Biznes Mükəmməlliyi” yubiley tədbirində deyib.  

N.Babalık Azərbaycanda bir çox şirkətlərlə bir araya gələrək danışıqlara başladıqlarını deyib.

“Mənə elə gəlir ki, bu əməkdaşlıq üçün hətta bir az gecikmişik. Mən təxminən, iki il əvvəl “Veysəloğlu” şirkətinin dəvətini alıb, onlara dəstək üçün çalışmağa başlayanda Azərbaycanda niyə müştərimizin olmaması haqqında düşünməyə başlamışdım. Axı biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik. Xaricilərlə işləyirik, amma olmalı olduğumuz əsas yer əslində buradır deyə fikirləşdim. Bundan sonra bir araşdırma etdik və mart ayında istəklərimizi gerçəkləşdirməyə başladıq. Həmin vaxt bir çox şirkətlər bir araya gəldi. Həmin şirkətlərlə danışıqlarımızdan sonra Azərbaycanda nələrsə edə biləcəyimizə və bizə ehtiyacları olacaqlarına qərar verdik. Biz “Veysəloğlu” şirkəti ilə əməkdaşlıq edirik. Onlara dəstək veririk, mütəxəssilərimiz məsləhətlərini verirlər və bir problemləri olduqda Türkiyədən hər cür yardım edirik. Bu şirkət əvvəl “Bimser”in müştərisi idi, onlar bizə yönəldiblər. Bildiyiniz kimi, biz “Bimser”in ortağıyıq. Azərbaycanla ilk tanışlığımız “Veysəloğlu” sayəsində oldu». 

Qeyd edək ki, Bimserin proqram təminatı 20-dən çox ölkəyə ixrac edilib. 2017-ci ildə Nyu-York və Rotterdam şəhərlərində şirkətin yeni ofislərinin açılışı baş tutub.

Mənbə fins.az


Digər xəbərlər


Bəzi içkilərin aksiz dərəcəsi artırıldı, çaxırınkı isə azaldıldı- SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...

Azərbaycan nefti BAHALAŞDI

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göst...

Siqaretin qiyməti yenidən qalxacaq? - Nazirlər Kabinetindən qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...

Azərbaycanda qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 14-də qızılın qiyməti fevralın 13-ü ilə müqayisədə 1,5385 manat arta...