12.09.2019

Ukrayna vətəndaşları Estoniyaya vizasız gedə biləcək

Estoniyanın Daxili İşlər Nazirliyi Ukrayna ilə viza rejimini birtərəfli qaydada ləğv etməyi planlaşdırır.

Estoniyanın Daxili işlər naziri Marti Xelmenin sözlərinə görə, ukraynalıların coğrafi mövqeyi və ümumi tarixi oxşarlıqları nəzərə alınarsa, bu addım məqsədəuyğun hesab edilə bilər.

Hazırda Estoniya əhalisinin sayı 1.34 milyon nəfərdir. Avropa Birliyi ölkələrində sürətlə davam edən miqrasiya nəticəsində eston mütəxəssislərinin daha yüksək əməkhaqqı müqabilində digər ölkələrdə işləməyə üstünlük verməsi ölkədə ciddi narahatlıq doğurmaqdadır. Hökumət bu boşluğu Ukraynadan və digər ölkələrdən gələn mütəxəssislərin hesabına doldurmaq niyyətindədir.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Ərdoğan ABŞ senatorlarını susdurdu: “Kürdlər başqa, terrorçular başqadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ABŞ-da səfərdə olan rəsmi heyət prezident Donald Trampın verdiyi işgüzar yemək masasından sonra...

Ərdoğan Trampın "hədə məktubu"nu lazımlı formada özünə qaytardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın təhqiredici məktubunu özünə qaytarıb. O, bunu Vaşinqtondakı danışıqlar zaman...

Bu dəfə də ABŞ Suriyaya girdi

ABŞ hərbçiləri İraqdan Suriya ərazisində daxil olub. ABŞ hərbçilərinin Əl-Cibsah neft yataqlarının yaxınlığında mövqe tutduğu bildirilib. 24 zi...

Trampdan Ərdoğana dodaq uçuqladan məbləğdə saziş TƏKLİFİ

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq tica...