11.09.2019

UNEC rektoru canlı yayıma çıxaraq valideynlərin suallarını cavablandıracaq

UNEC-in rektoru, professor Ədalət Muradov I kursa qəbul olan tələbələrin valideynləri ilə canlı yayıma qoşulacaq.

Universitetdən verilən məlumata görə, rektor canlı yayımda valideynlərin UNEC-dəki tədrisin keyfiyyəti, dərslərin təşkili, tələbələrin savadlı mütəxəssis kimi yetişmələri və uğurlu inkişafı uçun yaradılan imkanlar barədə suallarını cavablandıracaq, təkliflərini dinləyəcək.

Canlı yayım sentyabrın 14-də saat 11:00-da UNEC-in rəsmi Facebook (https://www.facebook.com/uneceduaz/) və İnstagram (https://www.instagram.com/uneceduaz/?hl=tr) səhifələri üzərindən təşkil olunacaq.

Valideynlər sual və təkliflərini canlı yayım zamanı Facebook və İnstagram səhifələrinin rəy bölməsinə yaza bilərlər.

Canlı yayım barədə əlavə məlumat üçün Facebook səhifəsinə yaza və ya (012) 497 58 63 telefon nömrəsinə zəng edə bilərlər.

Mənbə trend.az


Digər xəbərlər


Nəhayət ki "Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

“Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib. Bunu ...

Diqqət! Hava limanı istiqamətində yollarda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh və Zığ dairəsi-hava limanı avtomagis...

Məhkəmə ekspertləri üçün də attestasiya olacaq

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, ...

Prezident xalq artistinə ev hədiyyə etdi

Prezident İlham Əliyev xalq artisti Bilal Əliyevə ev hədiyyə edib. Bilal Əliyev bu haqda Teleqraf.com-a açıqlamasında deyib: “Cənab prezid...