03.09.2019

Vegeterianlara xəbərdarlıq

Valideynlərin riayət etdikləri vegetarian və veqan dietaları onların uşaqlarının əqli qabiliyyətinə mənfi təsir edə bilər. Bu haqda britaniyalı dietoloq Emma Derbişirin «BMJ Nutrition» nəşrində dərc olunmuş məqaləsində deyilir.

Məqalənin müəllifi bildirib ki, heyvan mənşəli qidadan imtina etmək xolin çatışmazlığına səbəb olur. Qeyd edək ki, xolin baş beyinin inkişafı üçün lazımdır və adətən ətdə, yumurtada və süddə onun miqdarı çox olur.

Derbişir qeyd edir ki, xolin dölün baş və onurğa beyin strukturunun düzgün formalaşması üçün vacibdir və hamiləlik zamanı onun çatışmazlığı körpənin sinir borusunda qüsurların yaranmasına səbəb olur.

Keçən ilin dekabrında Deyvis Kaliforniya Universitetinin professoru Frenk Mitloner bildirib ki, ətdən kütləvi şəkildə imtina etmək ətraf mühitə təsiri azaltmayacaq və əksinə, bu təsiri daha da artıracaq.

2016-cı ilin martında Kornel Universitetinin bioloqları «Molecular Biology and Evolution» jurnalında dərc olunmuş məqalələrində vegetarian dietasının mənfi nəticələrindən yazıblar. Onlar qeyd ediblər ki, bu dietaya riayət edən insanlarda qalın bağırsaq xərçənginin və ürək-damar sisteminin xəstəlikləri riski yüksək olur.

Mxənbə sputnik.az


Digər xəbərlər


Piyada keçidində həyatını itirən qızın qatili ilə bağlı videogörüntü yayıldı

Sentyabrın 17-si «Maserati» 10XE001 nömrə nişanlı avtomobilin yolu keçən Əmiraslanlı Gülgün Saday qızını «Gənclik» metrostansiyası yaxınlı...

İlham Əliyev və Mehriban Əliyeva bədii gimnastika üzrə dünya çempionatının açılış mərasiminə qatılıb

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir. Azərbayc...

Peşə məktəblərinə sənəd qəbulunun ikinci mərhələsi dəvam edir

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək. Təhsil Nazirliyindən veri...

Azərbaycanda hansı avtomobillər axtarışdadır?

Azərbaycanda axtarışda olan nəqliyyat vasitələrinin sayı açıqlanıb. Ümumilikdə ölkə üzrə 2170 avtomobil axtarışdadır. Onlardan 73-ü Bakı şəhəri...