05.09.2019

Yol polisi sürücülərə xəbərdarlıq etdi

DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı havalarla bağlı sürücülərə və piyadalara müraciət edib. 

İdarədən daxil olan açıqlamada bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların yağmurlu keçəcəyinə dair xəbərdarlıq edib: 

«Odur ki, sürücülər və piyadalar da bunu nəzərə almalıdır. Artıq respublikanın bir sıra bölgəsində yağmurlu hava müşahidə olunur. Bunu nəzərə alaraq DYP sürücülərin diqqətinə çatdırır ki, yağışlı havada sürət rejiminə ciddi əməl etsinlər. Çünki yay aylarından asfalt üzərində yığılıb qalan toz qatı yağış sularının təsiri altında yapışqan və sürüşkən təbəqəyə çevrilir ki, bu da sürətli hərəkət zamanı nəqliyyat vasitəsinin sürüşməsinə, əyləc («tormoz») məsafəsinin uzanmasına gətirib çıxarır». 

Yol polisi piyadaların da diqqətinə çatdırır ki, yağmurlu hava şəraitində yolun hərəkət hissəsinə qəflətən çıxmasınlar: «Bu, ağır qəzalara səbəb ola bilər. Yol polisi bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırır».  

Mənbə RePost.Az


Digər xəbərlər


Sərhəddə qorxu yüksəldi! İrana gedən tır sürücüləri koronavirus təhlükəsi ilə üz-üzə

Türkiyənin sərhəd qonşusu İrandan ard arda gələn koronavirus xəbərlərindən sonra sərhəddə qorxu yüksəldi. İranda, koronavirus səbəbiylə 5 nəfərin ölü...

Naxçıvan Muxtar Respublikası Ali Məclisindən yeni təyinat

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının r...

"Bursaspor" azarkeşləri qəzaya düşdü

Türkiyənin «Bursaspor» futbol komandasının azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb. Gulustan.info Türkiyə mediasına istinadən xəbə...

Bill Gates: “14 Yaşına gələnə qədər uşaqlarıma telefonu qadağan etdim”

Bill Geyts bir reportajda uşaqlara 14 yaşına qədər smartfon alınmaması gərəktiyini deyib. Bill Geytsin bu hərəkəti bəzi mütəxəssislər tərəfindən də m...