13.09.2019

Yolda sizi saxlayıb protokol yazan polislər artıq bunu etməyəcək

Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşları gözə dəymir. Bu nə ilə əlaqədardır?

Jurnalistlərin suallarını cavablandıran DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib: «O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu.

Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb. Əmrə əsasən post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar».

E.Zahidov qeyd edib ki, eyni zamanda, nazir insanların həyatının, təhlükəsizliyinin yol-nəqliyyat hadisələrindən daha etibarlı qorunması və bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verib.

Mənbə trend.az


Digər xəbərlər


Gürcüstanda azərbaycanlılar Nərimanovun adını daşıyacaq universitet açılmasını tələb edib

Gürcüstanın azərbaycanlı vətəndaşları ölkənin baş naziri Giorgi Qaxariaya müraciət hazırlayıblar. Sənəddə Gürcüstanda Azərbaycandilli kadrlar...

Dəfələrlə davalara səbəb olan “Oazis”i belə sökürlər - Foto

Bakının məşhur ailəvi restoranlarından olan “Oazis”də söküntü-bərpa işləri sürətlənib. Restoranın qapısı birdəfəlik qapadılıb. Sentyabrın 2-də res...

Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir

İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək Son zamanlar cəmiyyətdə ən çox müzak...

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzilləri təhvil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindən 20, Digah qəsəbəsindən 12, “Göy Qurşağı” kompleksindən 2...