01.10.2019

Ərdoğan Suriya barədə: “Bir gecə qəflətən gələcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında bəyan edib ki, Ankara Suriyada təhlükəsizlik zonasını müstəqil yaradacaq.

Dövlət başçısı Fəratdan Dəcləyə qədər olan ərazinin şərqində bufer zonanın yaradılması məsələsində sərbəst hərəkət edəcəyini qeyd edib.

“Türkiyənin artıq bu məsələdə itirəcək bir günü belə yoxdur. Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmadı. Bir gecə qəflətən gələ bilərik”, deyə R.T.Ərdoğan vurğulayıb.

Prezident Ərdoğan qonşu ölkəyə qoşun yeridilməsinin səbəbini də açıqlayıb. O deyib:

“Türkiyənin Suriyaya müdaxiləsinin yeganə səbəbi təhlükə mənbəyinin aradan qaldırılması və humanitar dəhlizin yaradılmasıdır. Biz Suriya vətəndaşları üçün dinc həyatın təmin edilməsini istəyirik. Türkiyə sonsuzadək milyonlarla suriyalı qaçqına sığınacaq vermək niyyətində deyil. Onların hamısı sonunda öz vətəninə qayıtmalıdır”.

Türkiyənin dövlət başçısı qaçqınların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaradılmasını Ankaranın əsas vəzifələrindən biri adlandırıb.

Mənbə axar.az


Digər xəbərlər


Yunanıstandan Azərbaycana qarşı TƏXRİBAT

Cənubi Kiprin Avropa parlamentindəki keçmiş deputatı Eleni Teoxarus Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Teleqraf.com x...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. ...

Azərbaycanda Çavuşoğlu ilə Məmmədyarovun rəsmi görüşü olub

Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşd...

Əsəd SDQ ilə Türkiyəyə görə danışığa gedir?

Suriya hökumətiylə Suriya Demokratik Qüvvələri arasında məxfi danışıqlara start verilib. Bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb. Məlu...