Dünya ölkələri Türkiyəyə qarşı — Suriya əməliyyatı «gözlərinə batdı»
Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün Suriyanın şimal-şərqində başladılan «Sülh Bulağı» əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyir
Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Türkiyənin Suriyanın şimalında əməliyyat keçirməsinə razılıq vermədiyini bildirib. Bu barədə «BBC«-yə istinadən xəbər verilir.
O, həmçinin əlavə edib ki, Türkiyəni öz təhlükəsizliyini təmin etmək haqqı var.
Pompeo Suriyada «İŞİD xilafəti»nin yenidən bərpa olunması ehtimalına dair suala da mənfi cavab verib: «Tramp xilafətin aradan qaldırılmasına dair kampaniyaya başlayıb və hədəfə nail olunub».
Bu arada ABŞ senatorları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkənin rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.
Bundan əlavə, təqdim olunan sənəddə Türkiyə rəhbərliyinə qarşı viza məhdudiyyətlərinin tətbiqi də nəzərdə tutulub.
Senat Türkiyəyə hərbi yardımın dayadırılmasını da istəyib.
Avropa İttifaqına daxil olan 28 ölkə də öz növbəsində Türkiyənin Suriyada başlatdığı «Sülh bulağı» əməliyyatının dərhal dayandırılmasını tələb edib. Avropa Komissiyasının rəhbəri Yan-Klod Yunker bəyan edib ki, hərbi əməliyyatlar yaxşı heç nə ilə nəticələnməyəcək.
BMT Baş katibi Antonio Quterreş Suriyanın şimalında baş verənlərlə bağlı öz narahatlığını ifadə edib. BMT Təhlükəsizlik Şurası bu gün regiondakı vəziyyəti müzakirə edəcək.
Ərəb ölkələri Liqası da şənbə günü təcili toplantı keçirərək Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatı müzakirə edəcək. Təcili toplantı keçirmək istəyinin Misirdən gəldiyi qeyd olunur.
Bu arada Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün Suriyanın şimal-şərqində başladılan «Sülh Bulağı» əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyir.
Mənbə sputnik.az
Digər xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keç...

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb
Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər ...

Belarus Britaniyadakı səfirini geri çağırıb
Belarus Böyük Britaniyadakı səfirini geri çağırıb. Bu barədə Belarus mətbuatı XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki,...

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”
Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub. Bu barədə Ukraynanın xari...

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib
«Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir». Gulustan.info-nun xəb...

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək
“Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək”. Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Möv...

Ərdoğan Gürcüstana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ...

Bakının Nizami rayonunda avtomobil yollarının yenidən qurulması üçün 3 milyon ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi...