Bakı 34 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

11.10.2019

Məişət zorakılığı ilə bağlı cinayətlər 21 faiz artıb

Cari ilin birinci yarısında qeydə alınmış 678 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,5 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məişət zorakılığı ilə bağlı cinayətlərin 11,9 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 3,1 faizi sərxoş vəziyyətdə törədilib.Bundan əlavə, qeyd olunub ki, məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 5,5 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 1,9 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,7 faizi əzab vermə, 2,4 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 21,6 faiz artaraq 699 nəfər olub ki, onların da 78,5 faizini qadınlar, 1,9 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 18,8 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 15,4 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 12,9 faiz azalma, Bakı şəhəri üzrə 28,3 faiz, Lənkəran iqtisadi rayonu üzrə 2,0 dəfə, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 1,7 dəfə, Aran iqtisadi rayonu üzrə 24,2 faiz, Abşeron iqtisadi rayonu üzrə 23,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 13,0 faiz artım müşahidə olunub.

Mənbə azvision.az


Digər xəbərlər


Sabahın hava proqnozu açıqlanıb

5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Gulustan.info-ya verilən məlumata görə, 5 iyu...

Dörd alim barələrində yayılan qərəzli fikirlərlə bağlı bəyanat verdi

İrəvan şəhərinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsinə dair AMEA Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbə...

Paytaxtda alternativ qaz xətləri yaradılır

Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb. “Azəriqaz” İstehsalat ...

Ermənistanda koronavirusa yoluxma sayı 28 minə çatır

Ermənistanda son sutka ərzində daha 580 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi...

DYP: Küçələrdə hərəkətə nəzarət gücləndirilib

“Sərt karantin elan olunan ərazilərdə polis tərəfindən küçələrdə hərəkətə nəzarət gücləndirilib, küçə və ərazilərdə hərəkət iştir...

“Microsoft” ödənişsiz təlim proqramı istifadəyə verib

“Microsoft” şirkəti 25 milyon insana proqram tərtibatçısı, qrafik dizayner və məlumat analitiki bacarıqlarına yiyələnməyə kömək e...

Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.Qey...

Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək

Bu gündən «Bakı Metropoliteni» QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Bununla bağlı Nazirlər Kabineti yanınd...