Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

22.10.2019

Putin və Ərdoğan Soçidə görüşüb

Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov qeyd edib ki, iki ölkə rəhbəri arasında danışıqlar ətraflı, mürəkkəb olacaq və uzun çəkəcək

Rusiya və Türkiyə prezidentləri — Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan Soçidəki “Boçarov ruçey” rezidensiyasında görüş keçirirlər.

RİA Novosti-yə istinadla xəbər verilir ki, görüş zamanı Putin Suriyadakı vəziyyətin kəskin olduğunu bildirib.

«Bunu hamı görür və başa düşür. Rusiya ilə Türkiyə arasında bu mövzuda məsləhətləşmələrə ehtiyac çoxdur», — deyə o deyib.

Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov qeyd edib ki, iki ölkə rəhbəri arasında danışıqlar ətraflı, mürəkkəb və çətin olacaq: “Onlar bir çox mövzuları müzakirə etməlidirlər”.

Məlumata əsasən görüş zamanı Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında qeyd edib ki, rəsmi Ankara kürd silahlıları ilə danışıqlar aparmaq niyyətində deyil. «Biz terrorçuları terrorçu adlandırmağa davam edəcəyik. Biz heç vaxt terror təşkilatı ilə danışıqlar masasına oturmayacağıq», — deyə Ərdoğan bildirib.

Türkiyə lideri «Sülh bulağı» əməliyyatını tənqid edən Qərb ölkələrini terrorçularla həmrəy olmaqda ittiham edib.

Mənbə sputnik.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keç...

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb

Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər ...

Belarus Britaniyadakı səfirini geri çağırıb

Belarus Böyük Britaniyadakı səfirini geri çağırıb. Bu barədə Belarus mətbuatı XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki,...

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub. Bu barədə Ukraynanın xari...

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib

«Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir». Gulustan.info-nun xəb...

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

“Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək”. Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Möv...

Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ...

Bakının Nizami rayonunda avtomobil yollarının yenidən qurulması üçün 3 milyon ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi...