Türkiyə ilə ABŞ arasında vəziyyət yenidən gərinləşə bilər — Ərdoğan ilə Putin Soçidə müzakirə edəcəklər
Ankara ilə Vaşinqton arasında əldə olunan sazişə əsasən, PKK-PYD-SDQ terror qruplaşmasına təhlükəsizlik bölgəsi sərhədlərini tərk etməsi üçün verilən 120 saatlıq vaxt bu gecə Türkiyə saatı 22:00-da başa çatacaq.
Son məlumatlara əsasən, bölgəni ABŞ-ın nəzarəti altında 125 maşınlıq karvan tərk edib.
Məsələ ilə bağlı Almaniya mətbuatına danışan Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın 120 saatın başa çatmasından sonra terrorçuların bölgəni tamamilə tərk etdiyi qənaətinə gələcəkləri halda əməliyyatın dayandırılacağını açıqlayıb. Qalın həmçinin açıqlamasında terrorçulara əlavə vaxt verilməyəcəyini də vurğulayıb.
Terrorçulara verilən müddətin başa çatmasına təxminən 10 saat qaldığı bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Suriya ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə yollanacaq.
Kremlin görüşlə bağlı açıqlamasında bildirilib ki, liderlərin müzakirələri “Suriyanın şimal-şərqindəki vəziyyəti normallaşdırmağa” yönələcək.
Oktyabrın 19-da verdiyi açıqlamada “Olarsa olar, olmazsa qaldığımız yerdən əməliyyata davam edər, terrorçuların başlarını əzərik” deyən Ərdoğan Soçidə Putinlə hazırda rejimin nəzarətində olan, lakin təhlükəsizlik bölgəsinə daxil olması gözlənilən ərazilərlə bağlı danışıqlar aparacaq. Türk lider həmçinin Putinlə Kobani və Menbiç məsələsini də müzakirə edəcək.
Mənbə musavat.az
Digər xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keç...

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb
Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər ...

Belarus Britaniyadakı səfirini geri çağırıb
Belarus Böyük Britaniyadakı səfirini geri çağırıb. Bu barədə Belarus mətbuatı XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki,...

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”
Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub. Bu barədə Ukraynanın xari...

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib
«Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir». Gulustan.info-nun xəb...

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək
“Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək”. Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Möv...

Ərdoğan Gürcüstana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ...

Bakının Nizami rayonunda avtomobil yollarının yenidən qurulması üçün 3 milyon ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi...