11.10.2019

60 yaşlı veteran cüdoçumuz 9-cu dəfə dünya çempionu oldu

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib. 

Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Fərhad Rəcəbli finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu dünya çempionluğudur. O, daha yeddi dəfə Avropanın ən güclüsü olub.

Mənbə oxu.az


Digər xəbərlər


Suriya hökümət qüvvələri hücuma keçdi - Bəşər Əsəd müxalifəti hədələdi

Suriya hökümət qüvvələri Hələbin bir hissəsini ələ keçirib. Gülüstan.info xəbər verir ki, Bəşər Əsəd hücumların davam edəcəyini açıqlayıb. Hökü...

"Bütün məntəqələrdə səsvermənin nəticəsini ləğv etsək də..." - MSK sədri

Sosial şəbəkələrdə pozuntularla bağlı yayılan videogörüntülərin çəkildiyi bütün məntəqələrdə səsvermənin nəticəsini ləğv etsək də, bu seçkilərin ümum...

Rauf Arifoğlundan Məzahir Pənahova ismarıc: “Bircə dəfə demokratikliyi tutdu...”

«Yeni Müsavat» qəzetinin rəhbəri Rauf Arifoğlu namizəd olduğu dairənin nəticələrinin ləğvi ilə bağlı feysbuk hesabı üzərindən post paylaşıb...

8 yaşındakı balaca qız yaşlılıqdan dünyasını dəyişdi

Dünyada sadəcə 160 insanda görülən genetik pozğunluğa sahib olan 8 yaşındakı Ukraynalı qız Anna organ çatışmazlığından həyatını itirdi. “Progeria”...