07.10.2019

Ev sahiblərinə şad xəbər! Bu dəfə növbəti 759 mənzil qeydiyyata alınacaq

«Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası bu həftə 759 mənzilli 5 binanı əhatə edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Fərmanındakı tapşırıqlara əsasən Əmlak Məsələləri Dövlət Komitəsi səyyar qeydiyyat aksiyaları keçirir.

Komitədən verilən məlumata görə, hər həftə paytaxtda istismarına icazə verilən binalarda təşkil edilən kampaniya bu dəfə Nəsimi və Nərimanov rayonlarında davam edəcək.

Komitə tərəfindən keçirilməkdə olan səyyar kampaniyalar vətəndaşların fəal formada qeydiyyat xidmətindən istifadəsinə, məmnunluq və rahatlığın təminatına yönəlib.

Komitənin səyyar ofisləri ünvanlar üzrə müəyyən edilmiş qrafiklə 7-11 oktyabr tarixlərində istismarına icazə verilmiş çoxmərtəbəli binalarda səyyar xidmətlər göstərəcək.

«Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası bu həftə 759 mənzilli 5 binanı əhatə edəcək.

Oktyabrın 7-də sosial aksiyadan Nəsimi rayonu, 3-cü mikrorayon A.Mustafayev 1D ünvanındakı 10 mərtəbəli, 108 mənzilli bina, 8-də isə Bakıxanov 758-759 məhəllədəki 22 mərtəbəli, 204 mənzilli bina sakinləri yararlanacaq. Nəsimi rayonu üzrə kampaniya 9 oktyabrda Ə.Salamzadə 3000-ci məhəllədəki 17 mərtəbəli, 176 mənzilli binada, 10-u isə Hənifə Ələsgərov 4 ünvanındakı 18 mərtəbəli, 119 mənzilli binada keçiriləcək. Nərimanov rayonu üzrə keçirilən kampaniya 11 oktyabrda F.Yusifov 1987-ci məhəllədəki 20 mərtəbəli, 152 mənzilli binada davam edəcək.

Ünvanlarındaca mənzillərin dövlət qeydiyyatı xidmətindən istifadə etmək istəyən vətəndaşlar ilkin sənədlər ilə birgə səyyar ofisə yaxınlaşa bilər. Komitənin səyyar ofisləri göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək müvafiq ünvanlardakı binaların həyətlərində vətəndaşlara xidmət göstərəcək.

Mənbə sputnik.az


Digər xəbərlər


Porsche-dən yeni büdcəli Taycan 4S elektromobili - QİYMƏTİ

Hələ sentyabr ayının əvvəlində Porsche şirkəti özünün Taycan adlı ilk iki elektromobil modelini təqdim etmişdi. Bununla da şirkət elektromobillər döv...

Ucuz mənzil almaq istəyənlər bu xəbər sizin üçündür – YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Müraciə...

Xəz dərisinin satışına qadağa başlanıb

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb. ...

Köhnə maşını olanlar! Avtomobilləriniz istismardan çıxarılır

«Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir».  Bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. O...