09.10.2019

«Aston Martin» gələn il satışa çıxacaq yeni modelin ilk şəkillərini dərc edib — Foto

«Aston Martin» şirkəti rodster kuzovlu Vantage modelinin ilk şəkillərini dərc edib. Rodster hələlik konsept statusundadır və gələn ilin yazında satışa çıxarılacaq.

Şəkillərdən göründüyü kimi, avtomobil yumşaq dam örtüyünə malikdir. Buna baxmayaraqŞ rodster texniki cəhətdən kupe kuzovlu varianta bənzər olacaqdır. Avtomobilin əyri formalı arxa işıq tyexnikası və onu təkrar edən buraxılış sisteminin haşiyəsi və quraşdırılmış spoyler də qorunub-saxlanıbdır. Çox güman ki, rodsterin şassisi başqa tənzimləmələrə sahib olacaqdır. Bu barədə Autograph yazıb. 

Yeni nəsil Aston Martin Vantage kupesi Mercedes-AMG şirkətinin istehsalı olan 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərriklə təchiz edilir. Gün aqreqatı 510 at qüvvəsi və 685 Nm fırlanma anı hasil edir. Mühərrik ZF şirkətinin istehsalı olan səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Kupe 100 km/saat sürətini 3,6 saniyəyə toplayır və 313 km/saat maksimal sürət həddinə malikdir. Rodsterin də eyni güc aqreqatı ilə təklif ediləcəyi gözlənilir.

Mənbə fins.az


Digər xəbərlər


Azərbaycan neftinin yeni qiyməti

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Gülüstan.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolla...

Viktoriya Sekret" markası satılır

Dünyaca məşhur qadın alt paltarı markası «Viktoriya Sekret»in hissələrinin böyük faizi satışa çıxarılıb. Gülüstan.info- xəbər verir ki, ...

Manatın sabaha məzənnəsi

Fevralın 20-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 20.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Bəzi içkilərin aksiz dərəcəsi artırıldı, çaxırınkı isə azaldıldı- SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...