10.10.2019

Ata bağlanaraq sürülən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupu Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı açıqlama verib. 

Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

«Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır», — açıqlamada qeyd olunub.

Mənbə report.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər (FOTO)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıd...

"Barış pınarı" antiterror əməliyyatı nəticəsində artıq 560 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi «Barış pınarı» antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və Y...

Qaza aid sayğaclar yenilənir

“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edi...

Mollalar Türkiyəni arxadan vurdu

Suriyanın şimalında fəaliyyət göstərən kürd terror təşkilatlarının rəhbərlərindən biri İrana bağlı yaraqlıların hücumuna məruz qaldıqlarını bəyan edi...