09.10.2019

Azərbaycan turizmi üçün yeni sayt istifadəyə verilib

Azərbaycanda turizm xidməti fəaliyyəti ilə məşğul olan istirahət yerlərini (mənzil, kənd evi, villa, istirahət mərkəzi, otel və hostel) vahid bir məkanda cəmləşdirən onlayn platforma fəaliyyətə başlayıb.

 
Qonaq.az adlı sayt vasitəsilə hər bir istirahət məkanının sahibi öz əmlakının elanını yerləşdirə, eləcə də yerli və xarici turistlər öz istirahətlərini təmin etmək üçün qeyd olunan əmlaklarla tanış ola və birbaşa istirahət məkanı sahibləri ilə əlaqə saxlayaraq, rezervasiya edə bilərlər.

Qonaq.az-da elan yerləşdirmək tamamilə ödənişsizdir. Bir qeydiyyat hesabı ilə istənilən qədər ödənişsiz elan yerləşdirmək mümkündür.

Qonaq.az istifadəçilərə istirahət məkanları ilə bağlı rəy və qiymətləndirmə etmək imkanı verir. Rəy və qiymətləndirmə saytdan qeydiyyatdan keçmiş və ən əsası həmin əmlaklarda müəyyən müddət ərzində istifadə edən qonaqlar tərəfindən verilə bilər. Bu mexanizm nəticəsində seçim etmək istəyən hər bir kəsdə qonaqlama məkanları barədə ilkin təəssürat yaranacaq.

Qonaq.az eyni zamanda ölkəmizdə keçirilən, yerli və xarici turistlərin diqqətini cəlb edən tədbirlər barədə məlumatları da yaymağı hədəfləyib.

Tədbir təşkilatçıları, o cümlədən otellər, turizm şirkətləri hazırladıqları tur paketlər və ya müxtəlif endirim kampaniyaları haqqında məlumatları saytda yayımlaya bilər.

Mənbə modern.az


Digər xəbərlər


Ucuz mənzil almaq istəyənlər bu xəbər sizin üçündür – YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Müraciə...

Xəz dərisinin satışına qadağa başlanıb

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb. ...

Köhnə maşını olanlar! Avtomobilləriniz istismardan çıxarılır

«Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir».  Bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. O...

Huawei şirkəti Google servislərini geri qaytara bilər

Görünür, ABŞ prezidenti Donald Trump öz qəzəbini sakitləşdirərək Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalardan bəzilərini l...