11.10.2019

Azərbaycanda yeni təhlükəli virus yayılıb? — Rəsmi açıqlama

Payız-qış mövsümünün başlaması ilə əlaqədar son günlər insanlar arasında yoluxucu xəstəliklərin aktivləşdiyi müşahidə olunur. Günlərlə davam edən bu xəstəliyin qrip virusu olması barədə ictimaiyyətdə müəyyən narahatlıq yaranıb.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, hazırda nə Azərbaycanda, nə də qonşu ölkədə təhlükəli qripin olması barədə məlumat var:

“Son günlər insanlar arasında müşahidə edilən isə yüngül formada keçirilən respirator virus infeksiyalarıdır. Bəzi hallarda buna soyuqdəymə də deyilir. Bu gün yayılan respirator infeksiya olduğuna görə ona yoluxanların sağalması 3-4 gün çəkə bilər. Əgər kimdəsə katalon əlamətlər varsa, həkimə müraciət etməlidir və həkimin təyinatı ilə evdə müalicə olunmalıdır”.

Nazirlik rəsmisi bu virusa yoluxanların sayının ötən ilin 9 ayı ilə müqayisədə azaldığını bildirib:

“Respirator virus infeksiyalarına yoluxanların sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur. Oktyabr ayında bu virusa yoluxmaq əsasən tək-tək hallarda qeydə alınır və bir çox hallarda ayaqüstü keçirilir, yüksək temperatur qeydə alınmır”.

Mənbə axar.az


Digər xəbərlər


Avtomobil karnavala girdi - 15 yaralı var

Almaniyanın Hessen bölgsinin Volkmarsen rayonunda «Güllər bazarertəsi» adlı karnavalında insanların gur olduğu yerə bir avtomobil girib. ...

Son dəqiqə! Azərbaycanda daha iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib. Gülüstan.info xəbər verir ki, bu barədə ...

Rusiya yalan olduğunu dedi - Türkiyə sübut etdi - VİDEO

Türkiyənin Müdafiə nazirliyi İdlibdən qaçan köçkünlərin çadır şəhərciyinin videosunu yayımlayıb. Gülüstan.info xəbər verir ki, video Türkiyə Müdaf...

Bunları yemək qadağan edildi - Çində

Çin vəhşi heyvanların yeyilməsini və qeyri-qanuni ticarətini qadağan etdi. Gülüstan.info xəbər verir ki, bu barədə Çin höküməti məlumat yayıb. ...