31.10.2019

Bakı şəhəri UNESKO-nun siyahısına daxil edildi

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Mədəniyyət və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.

Bu il 31 oktyabr — Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib.

Bu şəbəkə inkişafını yaradıcılıq — musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

UNESKO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir.

Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.

Mənbə azertag.az


Digər xəbərlər


Heydər Əliyev Fondu Tağıyevin evini təmir etdirir

Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir olunur. Report-un xəbərinə görə, Heydər Əliy...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Mənim sevimli bayrağım" adı altında tədbir keçirilib - Foto

Uşaq evlərinin sakinləri «Mənim sevimli bayrağım» rəsmlərini çəkiblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əy...

Prezident televiziya və radio işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.  «Repor...

Dahi Mirzə Şəfi Vazehin əsərləri Berlinin Humboldt universitetində - FOTOLAR

Müəllimi ona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi,  o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusu...