02.10.2019

Bakıda marketlər şəbəkəsindən maraqlı addım — Qarğıdalıdan hazırlanan paketlər təklif edir

“Araz” supermarketlər şəbəkəsi polietilen məmulatlardan istifadənin azaldılması tədbirləri çərçivəsində bu dəfə müştərilərə qarğıdalı və kartofdan hazırlanan bio-paketlər təklif edib.

Bu barədə açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova deyib. O bildirib ki, bio-paketlər 6 aydan sonra cürüməyə başlayır:

“Bu gündən etibarən müştərilərə polietilen paketlərlə alternativ olaraq, bio-paketlər təklif edirik. Bir müddət əvvəl parçadan hazırlanan eko-paketlər təklif etdik və bu layihə maraqla qarşılandığı üçün bu dəfə onun davamı olaraq, tamamilə bio olan paketlər təklif edirik. Görünüşünə görə polietilen paketlərə oxşayan bu paketlər yüz faiz təbiidir, qarğıdalı və kartofdan hazırlanıb. Təxminən 6 aydan sonra bio-paketlər cürüyərək torpağa qarışır. Bu bio-paketlərin qiyməti isə 10 qəpikdir”.

Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qabların və polietilen məmulatların insan sağlamlığına zərərli olması ilə əlaqədar həyəcan siqnalı çalıb və onlardan istifadəni məhdudlaşdıran kampaniyaya başlayıb.

Mənbə axar.az


Digər xəbərlər


Olimpiya oyunları təxirə salına bilər - Koronavirusa görə

Olimpiya oyunlarının taleyi koronavirusdan aslıdır. Gülüstan.info xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dick Pound deyib. O...

Bu ölkədə koronavirusa yoluxanlar hamısı sağalıb

Fransada koronavirusa yoluxanların hamısı sağalıb. Gülüstan.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib. Səhiyyə naziri...

MSK seçkiyə yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. Gülüstan.info xəbər verir ki, bununla əlaqədar məsəl...

Çempionlar Liqası və Avropa Liqasına ara verilə bilər - UEFA-dan rəsmi açıqlama

UEFA Çempionlar Liqasına və Avropa Liqasına ara verilə bilər. Gülüstan.info xəbər verir ki, bu barədə UEFA-nın ikinci başqanı Mixael Uva açıqlama ...