20.10.2019

Bakıda qeyri-adı küçə adları hələ də qalır

“Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək”.


Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov söyləyib. O qeyd edib ki, müraciətlər daxil olduqca addım atılır:


“Məsələn, bir neçə ay əvvəl müraciət əsasında daha bir küçənin adı dəyişdirildi. Nəsimi rayonunda yerləşən küçələrdən birinə bəstəkar Süleyman Ələsgərovun adı verildi. Belə müraciətlər olur və biz həmin küçələrin adlarının yenilənməsinə çalışırıq”.


Qeyd edək ki, Modern.az bir müddət öncə Bakıda qəribə adları hələ də saxlanan küçələrin siyashısını gündəmə gətirmişdi. Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet — Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci — 15 ci sıra küçələri”, “Vorovski”,  “Xutor”, Yasamal rayonu ərazisindəki  “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti və s. kimi küçələr həmin siyahıda yer alıb.

Mənbə modern.az


Digər xəbərlər


Yeni Ombudsman bu 3 şəxsdən biri olacaq - ADLAR

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlər irəli sürülüb.Sabah — noyabrın 22-də parlamentin İnsan hüquq...

650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

Azərbaycanda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Bunu jurnalist...

İlham Əliyevdən Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı - Sərəncam

Prezident İlham Əliyev noyabrın 22-də “Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərənca...

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət sürəti artırılır

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə,...