10.10.2019

“BakıKart”lara onlayn pul yüklənə biləcəyi vaxt açıqlandı

Gələn ilin birinci yarısına qədər “BakıKart”lara onlayn qaydada pul yükləmək mümkün olacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, paytaxtda bütün marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların kart sisteminə keçidi ilə bağlı işlər yekunlaşmaq üzrədir: “Bu məsələdə gecikməyə səbəb avtobusların yenilənməsi idi. İlin sonunadək paytaxtdakı bütün avtobusların “BakıKart” sisteminə keçməsi daha çox vətəndaşın “BakıKart”dan istifadə etməsi deməkdir. Daha çox vətəndaşın tezliklə “BakıKart”dan istifadə edəcəyini nəzərə alaraq onların rahatlığı üçün onlayn sistemə keçidlə bağlı işlər görüləcək. Hazırda bu istiqamətdə texniki addımlar atılır. İnternet olan hər yerdə kartların onlayn qaydada yüklənməsi təmin ediləcək”.

Mənbə azertag.az


Digər xəbərlər


Manatın sabaha olan məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 02.04.20...

Manatın martın son gününə olan məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 31.03.20...

Məhşur firma Türkiyədə mağazalarını bağladı

Dünyanın məhşur mebel mağazalar şəbəkəsi İKEA Türkiyədəki mağazalarını bağlayır. Gülüstan.info xəbər verir ki, bu barədə firma məlumat yayıb. M...

Azərbaycan dollarla bağlı qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Mərkəzi Bankdan Gülüstan....