09.10.2019

Bu pensiyalar avtomatlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sahələri üzrə elektron əsaslar üzərində proaktiv yönümlü xidmətlərin tətbiqi işlərinin əhatə dairəsi daha da genişləndirilir.

Nazirlikdən verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılması istiqamətində işlərə başlayıb.

E-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.

Ölkəmizdə cari ilin əvvəlindən ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb. Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vətəndaşa pensiya hüququ yarandığı gündə e-qaydada pensiya təyin edilməsinə, bu sahədə məmur-vətəndaş təması olmadan, tam şəffaf xidmətin həyata keçirilməsinə imkan verib.

Mənbə trend.az


Digər xəbərlər


“Boeing”in baş mühəndisi istefa verdi

“Boeing” şirkətinin “737 MAX” təyyarələri ilə baş vermiş qəza hallarını araşdıran şirkətin kommersiya daşınmaları departamentinin baş mühəndisi ...

Tağıyevin villası satışa çıxarıldı - Rekord qiymətə

Azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb. Virtualaz.org xə...

Bu marşrut xətləri sahibkarların əlində alındı və...

Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb.  Bu barədə BNA-dan bildiirlib. ...

Artıq bu arayışları elektron qaydada ala biləcəksiniz

Bundan sonra vətəndaşların müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təmin olu...