11.10.2019

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər Ukrayna telekanalında

Ukraynada yaşayan soydaşımız tarixçi Eldar Tağıyev “OTB Dnepr” kanalında yayımlanan jurnalist Fidel Suxonisin verilişində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə geniş məlumat verib.

Diaspor fəalı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində 26 ildən artıqdır, Azərbaycanın 20 faiz ərazisinin hələ də işğal altında qaldığını vurğulayıb. Qeyd edib ki, BMT-nin qətnamələrinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir.

E.Tağıyev verilişdə azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası, Ukraynada böyüyən gənclərimizin bu dövlətin quruculuğunda fəal iştiraki, diasporumuzun bu sahədə rolu və digər məsələlərə də ətraflı toxunub.

Mənbə azertag.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər (FOTO)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıd...

"Barış pınarı" antiterror əməliyyatı nəticəsində artıq 560 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi «Barış pınarı» antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və Y...

Qaza aid sayğaclar yenilənir

“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edi...

Mollalar Türkiyəni arxadan vurdu

Suriyanın şimalında fəaliyyət göstərən kürd terror təşkilatlarının rəhbərlərindən biri İrana bağlı yaraqlıların hücumuna məruz qaldıqlarını bəyan edi...