11.10.2019

Dövlət bu şəxslərə də pensiya verəcək

İslahatlar çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı zamanı deyib. O bildirib ki, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır:

“Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır. Bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra məlumat veriləcək».

Mənbə axar.az


Digər xəbərlər


Ucuz mənzil almaq istəyənlər bu xəbər sizin üçündür – YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Müraciə...

Xəz dərisinin satışına qadağa başlanıb

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb. ...

Köhnə maşını olanlar! Avtomobilləriniz istismardan çıxarılır

«Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir».  Bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. O...

Huawei şirkəti Google servislərini geri qaytara bilər

Görünür, ABŞ prezidenti Donald Trump öz qəzəbini sakitləşdirərək Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalardan bəzilərini l...