18.10.2019

Erməni general Azərbaycanla bağlı: «Onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər»

Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin 20%-ni cəlb etmişdi.

Bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi general-leytenant Norat Ter Qriqoryants deyib.

“Erməni tərəfi komandirlərini, zabitlərini, əsgərlərini itirdi. Bizim tərəfimizdən aradan qaldırılmalı çatışmazlıqlar vardı. Hərbi işdə oxşar məntiq olmalıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan yeni hücum üçün uyğun zaman gözləyir:

“Buna görə bizim ordumuz hərbi-siyasi hazırlıqla məşğul olmalı, biliklərini, təcrübəsini təkmilləşdirməlidir. Düşmən hərbi təlimə başlayanda biz hazır olmalıyıq. Belə ki, onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər. Bir tərəfdən atəş açıb, digər tərəfdən hücum edə bilərlər”.

Mənbə axar.az


Digər xəbərlər


Milli Məclis komitə iclasında Ombudsmanlığa namizədliyi müzakirə edir

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir. «Report» xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları...

Tramp cinayətkar Molla rejimini qınadı: “İnterneti kəsməklə ölkədə törətdiyi qətl, cinayət və faciəni ört-basdır etməyə çalışır”

ABŞ prezidenti Donald Tramp noyabrın 21-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın repressiv rejiminin ölkədə interneti kəsməsinə, dinc et...

BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılardan tam DƏSTƏK!

BÜTÖV AZƏRBAYCAN OCAQLARININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNƏ MÜRACİƏTİNƏ BİR QRUP ZİYALI DA QOŞULDU ` İran İslam Respublikasında sosial və...

Mehriban Əliyeva: "Azərbaycanla Rusiyanı mehriban dostluq, qonşuluq əlaqələri birləşdirir"

«Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur» «Azərbaycan Ru...