08.10.2019

Gələn ildən etibarən məcburi şəkildə smartfonlarınıza Android 10 quraşdırmalı olacaqsınız

Keçən ayın əvvəlində Google şirkətinin yeni əməliyyat sistemi olan Android 10 istifadəyə verilmişdi. Lakin buna baxmayaraq smartfon istehsalçıları hələ də Android Pie əməliyyat sistemi ilə çalışan smartfonları satışa çıxardırlar. Gələn il isə bu vəziyyət dəyişəcək. Bu barədə XDA-Developers saytı xəbər verib. Belə ki, gələn ilin fevral ayından başlayaraq Google şirkəti smartfon istehsalçılarını məcburi şəkildə Android 10-a keçirdəcək.

Başqa sözlə desək, 31 yanvar 2020-ci il tarixinə kimi smartfonlar Android Pie ilə birlikdə satışa çıxa bilərlər. Lakin fevral ayından başlayaraq istehsalçılar öz smartfonlarına Android 10-u quraşdırmalı olacaqlar. Əgər cihazlar köhnə Android versiyasında çalışsalar, Google şirkəti həmin istehsalçılara GMS (Google Mobile Services) lisenziyasını verməyəcək. Qeyd etmək lazımdır ki, GMS Google tətbiqləri paketidir. Ora Play Market və Google şirkətinin müxtəlif servisləri daxildirlər. 

Mənbə technote.az


Digər xəbərlər


Porsche-dən yeni büdcəli Taycan 4S elektromobili - QİYMƏTİ

Hələ sentyabr ayının əvvəlində Porsche şirkəti özünün Taycan adlı ilk iki elektromobil modelini təqdim etmişdi. Bununla da şirkət elektromobillər döv...

Ucuz mənzil almaq istəyənlər bu xəbər sizin üçündür – YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Müraciə...

Xəz dərisinin satışına qadağa başlanıb

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb. ...

Köhnə maşını olanlar! Avtomobilləriniz istismardan çıxarılır

«Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir».  Bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. O...