16.10.2019

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün salınması işləri davam edir.

Hazırda şəhərin Müseyib Bağırov və Nəriman Nərimanov küçələrində yollara asfalt döşənir, səkilər istifadəyə yararlı hala salınır, işıqlandırma sistemləri quraşdırılır.

Artıq eni 9 metr, uzunluğu 1 kilometr olan Dədə Qorqud küçəsində asfalt örtüyünün yenilənməsi başa çatdırılıb. Nəriman Nərimanov prospektindən Gülüstan qəsəbəsinə doğru hissədə isə hərəkət üçün yaranan çətinliklər aradan qaldırlır.

Qeyd edək ki, prospekt və küçələrin asfaltlanma işləri “Gəncə Körpü Tikinti” ASC-nin 20 ağır texnikası həyata keçirir.

Mənbə azertag.az


Digər xəbərlər


İnqilabi yenilik! Görüntülü danışdığınız adama toxuna biləcəksiniz

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz. Publika.az xəbər verir ki, ABŞ-ın N...

Paytaxtda iki marşrut xətti üzrə avtobuslar yeniləri ilə əvəzləndi

Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vas...

Marağa məntəqəsində olan kəndlərdən əhali boşaldılır

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan Əyalətində də kəndlər tədricən əhalidən boşalır. Şərqi Azərbaycan valisi...

Azərbaycan-Rusiya sərhədindəki körpünün açılacağı vaxt bəlli oldu

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərindən keçən avtomobil körpüsünün istismara verilməsi bu ilin dekabr ayının ortalarına planlaşdırılır. ...