16.10.2019

Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi — Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında etiraz aksiyası keçirib.

Onlar bir qrup tələbənin ümumilikdə 100 il həbsə məhkum edilməsi, universitetlərin mərhələli olaraq pullu təhsilə keçməsi və ayrı-seçkiliyə yol açan qanunlar əleyhinə şüarlar səsləndiriblər.

Bu günkü etirazlarla birlikdə sözügedən təhsil müəssisəsindən qovulmuş Mərkəzi Tələbələr Şurasının sabiq sədri Saha Murtuzayinin Tehran Universitetinin mərkəzi kitabxanası önündə oturaq aksiyası da davam edib.

Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat kompaniyasında tələbələrin universitet təhsilindən məhrum edilməsi və ali təhsil müəssisələrində kəskin təhlükəsizlik ab-havasının aradan qaldırılması kimi problemləri həll etməyə söz versə də, bu günə qədər bunu həyata keçirməyib.

Müxtəlif tələbə təşkilatları ötən illər ərzində universitetlərdə hələ də təhlükəsizlik ab-havasının hökm sürdüyünü və ayrı-seçkiliyə yol açan qanunlar səbəbindən bəzi tələbələrin təhsildən məhrum edildiyini bəyan edirlər.

Digər tərəfdən, bu gün Həsən Ruhaninin çıxışı başlayan zaman “Universitet Bəsici” təşkilatının üzvləri də salonu tərk ediblər. Onlar bu etirazın səbəbini Ruhanidən öncə tələbələrin adından çıxış edənlərin tələbələrin nümayəndələri olmadığı, Təhsil Nazirliyi tərəfindən seçildiyi ilə əlaqələndiriblər.

Prezident çıxışı zamanı tələbələrin həbsi və təhsildən məhrum edilməsi barədə heç bir söz deməyib. O, ötən 40 il ərzində İslam Cumhuriyyətinin strategiyasının dünya ilə əlaqə və ya mübarizə üzrə təyin edilməsilə bağlı ölkə rəsmiləri arasında ciddi fikir ayrılığının mövcud olduğunu deyib.

Ruhani sanksiyalardan da danışıb və qeyd edib ki, “dünya ilə əlaqə saxlamadan yaşamaq olar, amma inkişaf etmək əsla”.

Mənbə gunaz.tv


Digər xəbərlər


İlham Əliyevdən Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı - Sərəncam

Prezident İlham Əliyev noyabrın 22-də “Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərənca...

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət sürəti artırılır

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə,...

İnqilabi yenilik! Görüntülü danışdığınız adama toxuna biləcəksiniz

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz. Publika.az xəbər verir ki, ABŞ-ın N...

Paytaxtda iki marşrut xətti üzrə avtobuslar yeniləri ilə əvəzləndi

Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vas...