01.10.2019

Heydər Əliyev Mərkəzində əfsanəvi «The No Smoking Orchestra» qrupunun konserti keçiriləcək

Noyabrın 29-da Emir Kusturitsa və qrupu Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Proqramda tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri təqdim olunacaq.

Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

O, Sarayevo şəhərində dünyaya gəlib. Lap erkən yaşlarından incəsənətə meyl göstərib. Tez-tez dərslərdən yayınaraq kino zallarının qaranlığına çəkilir, sevimli filmlərinə təkrar-təkrar baxırmış. Məhz Sarayevodakı kinoteatrların birində o, nəhayət anlayır ki, həyatını cazibədar kino dünyası ilə bağlamaq istəyir. Kusturitsa geniş ictimaiyyətə müxtəlif mükafatlar almış «Arizona arzusu», «Yeraltı», «Qara pişik, ağ pişik» filmləri, o cümlədən Kann kinofestivalında iki «Qızıl palma budağı» qazanmış filmləri ilə məşhurdur.

Emir Kusturitsa 1999-cu ildə «The No Smoking Orchestra» qrupunu yaradıb və onun daimi üzvüdür. Kusturitsa qrupun tərkibində gitaraçı kimi çıxış edir. «The No Smoking Orchestra» qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin özlərinin də iştirakçısına çevrildikləri möhtəşəm şou təqdim edir.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 20, 30, 40, 60, 80, 100, 120 və 150 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən almaq olar.

Mənbə trend.az


Digər xəbərlər


Əfqanıstan məhsulları sərgisi Bakıda

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyal...

Şəki yenə də heyrətləndirdi - Antik dövrə aid abidələr aşkarlanıb - FOTO

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır. Qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın...

Süni intellekt insan bacarığını bu cür ələ keçirir

Müasir texnologiyalar artıq rəssamların əsərlərinin üslubunu təhlil etdikdən sonra onları bərpa etməyə və yarımçıq əsərləri bitirməyə qadirdir. Ye...

“Stalinin qaranlıq keçmişi” filmi beynəlxalq uğur qazanıb

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi İranda keçirilən “International Moving Film Festival”da iş...