07.10.2019

İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı FOTOSƏRGİ yaradılıb

Oktyabrın 9-da “Art Tover” rəsm qalereyasında fotoqraf Aleksandr Karyaginin “Azərbaycan mənzərələri” adlı fotosərgisi açılacaq. Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu barədə  “Arts Council Azerbaijan”nın rəhbəri Dadaş Məmmədov məlumat verib. Onun sözlərinə görə, sərgi çərçivəsində “Art Tover” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı da nəzərdə tutulur.

Sərgidə nümayiş olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar, həmçinin ölkəmizi yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağın artırılması, peşəkar fotoqrafların hazırlaması məqsədi daşıyır.

Sərgi oktyabrın 12-də ziyarətçilər üçün açıq qalacaq.

Mənbə azertag.az


Digər xəbərlər


Əfqanıstan məhsulları sərgisi Bakıda

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyal...

Şəki yenə də heyrətləndirdi - Antik dövrə aid abidələr aşkarlanıb - FOTO

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır. Qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın...

Süni intellekt insan bacarığını bu cür ələ keçirir

Müasir texnologiyalar artıq rəssamların əsərlərinin üslubunu təhlil etdikdən sonra onları bərpa etməyə və yarımçıq əsərləri bitirməyə qadirdir. Ye...

“Stalinin qaranlıq keçmişi” filmi beynəlxalq uğur qazanıb

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi İranda keçirilən “International Moving Film Festival”da iş...