11.10.2019

İrana hücum edildi — İki gəmi partladıldı

İranın “Sinopa” adlı neft tankerində partlayış olub.

“Röyters” xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında baş verən hadisədən sonra yanğın meydana gəlib.

Hadisə ilə bağlı İrandan verilən ilk açıqlamada partlayışın səbəblərinin araşdırıldığı, ehtimallardan birinin hücum ola biləcəyi, tanker heyətinin vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Yanğın bir müddət sonra nəzarət altına alınıb.

Daha sonra İran bir deyil, iki neft tankerinin partladığını açıqlayıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Oman körfəzində Norveç və Yaponiyanın firmalarına aid neft tankerlərinə hücum təşkil olunmuşdu. Tankerlərdəki 44 nəfər İran gəmisi tərəfindən xilas edilmişdi. Amma ABŞ hücumda İranı ittiham etmişdi.

Rəsmi Tehran hücumla əlaqəsinin olmadığını açıqlamışdı.

May ayında isə Səudiyyə Ərəbistanı Hörmüz boğazında iki neft tankerinə hücum edildiyini elan etmişdi.

İngiltərənin vassallığında olan Cəbəllütariq muxtar hökuməti Suriyaya qeyri-leqal yolla neft daşımasında ittiham etdiyi İranın “Grace 1” neft tankerini girov götürmüşdü.

Bölgədəki neft tankeri gərginliyi Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun partladılmasından sonra pik həddə çatmışdı. Yəməndəki Husi üsyançıları 10 Silahlı Pilotsuz Uçuş Aparatı vasitəsilə hücumu təşkil etdiklərini açıqlamışdı.

ABŞ və Səudiyyə Ərəbistanı hücumda yenə də İranı günahlandırmışdı.(Publika.az)

Mənbə moderator.az


Digər xəbərlər


Avtomobil karnavala girdi - 15 yaralı var

Almaniyanın Hessen bölgsinin Volkmarsen rayonunda «Güllər bazarertəsi» adlı karnavalında insanların gur olduğu yerə bir avtomobil girib. ...

Son dəqiqə! Azərbaycanda daha iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib. Gülüstan.info xəbər verir ki, bu barədə ...

Rusiya yalan olduğunu dedi - Türkiyə sübut etdi - VİDEO

Türkiyənin Müdafiə nazirliyi İdlibdən qaçan köçkünlərin çadır şəhərciyinin videosunu yayımlayıb. Gülüstan.info xəbər verir ki, video Türkiyə Müdaf...

Bunları yemək qadağan edildi - Çində

Çin vəhşi heyvanların yeyilməsini və qeyri-qanuni ticarətini qadağan etdi. Gülüstan.info xəbər verir ki, bu barədə Çin höküməti məlumat yayıb. ...