10.10.2019

«Keşikçidağ» kompleksinin kilsələri gürcü din xadimləri üçün açılacaq

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin iclasında Azərbaycana səfərinin yekunları barədə danışarkən bu barədə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə «Keşikçidağ» məsələsi də müzakirə olunub.

“Təəssüf ki, Gürcüstanla Azərbaycan arasındakı sərhəddə müəyyən edilməmiş bəzi hissələr qalıb, bu, bizə postsovet mirasıdır və 25 ildə həllini tapmayıb. Azərbaycan Prezidenti dedi ki, bizi birləşdirən tariximiz, coğrafiyamız var, əlbəttə, mən tamamilə razıyam ki, coğrafiya və tarix dost və tərəfdaşları ayırmır, əksinə birləşdirir.

Məhz bu əsasda və təməl üzərində cari problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə «Keşikçidağ» kompleksinin kilsələri sabahdan etibarən gürcü din adamları üçün açılacaq. Biz bu istiqamətdə ciddi tərəqqi əldə etməliyik”, — deyə baş nazir bildirib.

Xatırladaq ki,Gürcüstanın yeni baş naziri Giorgi Qaxariya dünən ilk xarici səfərini Azərbaycana edib.

Mənbə azvision.az


Digər xəbərlər


Avtomobil karnavala girdi - 15 yaralı var

Almaniyanın Hessen bölgsinin Volkmarsen rayonunda «Güllər bazarertəsi» adlı karnavalında insanların gur olduğu yerə bir avtomobil girib. ...

Son dəqiqə! Azərbaycanda daha iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib. Gülüstan.info xəbər verir ki, bu barədə ...

Rusiya yalan olduğunu dedi - Türkiyə sübut etdi - VİDEO

Türkiyənin Müdafiə nazirliyi İdlibdən qaçan köçkünlərin çadır şəhərciyinin videosunu yayımlayıb. Gülüstan.info xəbər verir ki, video Türkiyə Müdaf...

Bunları yemək qadağan edildi - Çində

Çin vəhşi heyvanların yeyilməsini və qeyri-qanuni ticarətini qadağan etdi. Gülüstan.info xəbər verir ki, bu barədə Çin höküməti məlumat yayıb. ...