07.10.2019

Məktəblilərə avtobuslar pulsuz olacaq? — MÜRACİƏT

“Məktəbli formasında olan şagirdlərin ictimai nəqliyyatda pulsuz daşınması ilə bağlı Nazirlər Kabinetinə müraciət hazırlanır”.

Bu barədə deputat Fazil Mustafa məlumat verib.

“Müraciət edəndə gərək məsələni əsaslandırasan və ondan sonra müraciət edəsən. Bizim mütəxəssislər hazırda onun üzərinə işləyirlər. Hazır olandan sonra həllini gerçəkləşdirmək üçün Nazirlər Kabinetinə müraciət edəcəyik. Hesab edirəm ki, bu olduqca vacib məsələdir və ölkənin də imkanları var ki, onu həll eləsin”.

Deputat qeyd edib ki, uşaqların sıxıntıdan qurtulması hamımızın maraqlarına uyğundur.

“Mənim fikrimcə məsələyə rasional yanaşılsa, bu problemin öz həllini tapması mümkündür. Məncə burada çətinlik yaradacaq heç bir iş yoxdur. Sadəcə olaraq buna həssas yanaşılmalıdır” — deyə o bildirib.

Xatırladaq ki, bu yaxınlarda sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün “BakuBus” avtobusundan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayılıb.

Deputat Fazil Mustafa isə bu məsələyə biganə qalmayaraq qeyd edib ki, Nazirlər Kabineti 5 yaşına qədər uşaqların ictimai nəqliyyatdan pulsuz daşınması ilə bağlı qərarına yenidən baxmalı və məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır.

Mənbə marja.az


Digər xəbərlər


Ucuz mənzil almaq istəyənlər bu xəbər sizin üçündür – YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Müraciə...

Xəz dərisinin satışına qadağa başlanıb

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb. ...

Köhnə maşını olanlar! Avtomobilləriniz istismardan çıxarılır

«Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir».  Bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. O...

Huawei şirkəti Google servislərini geri qaytara bilər

Görünür, ABŞ prezidenti Donald Trump öz qəzəbini sakitləşdirərək Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalardan bəzilərini l...