01.10.2019

Mehriban Əliyeva məşhur müğənni və bəstəkar Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirdi. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladı, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğuladı. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.

Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim etdi.

Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzuladı.

Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirdi.

Mənbə azertag.az


Digər xəbərlər


Əfqanıstan məhsulları sərgisi Bakıda

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyal...

Şəki yenə də heyrətləndirdi - Antik dövrə aid abidələr aşkarlanıb - FOTO

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır. Qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın...

Süni intellekt insan bacarığını bu cür ələ keçirir

Müasir texnologiyalar artıq rəssamların əsərlərinin üslubunu təhlil etdikdən sonra onları bərpa etməyə və yarımçıq əsərləri bitirməyə qadirdir. Ye...

“Stalinin qaranlıq keçmişi” filmi beynəlxalq uğur qazanıb

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi İranda keçirilən “International Moving Film Festival”da iş...