02.10.2019

Mikayıl Müşfiqin abidəsi aşırdıldı — Video

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.

O bildirib ki, əvvəlki abidə yararsız halda olub: “Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: “Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.

Mənbə report.az


Digər xəbərlər


Olimpiya oyunları təxirə salına bilər - Koronavirusa görə

Olimpiya oyunlarının taleyi koronavirusdan aslıdır. Gülüstan.info xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dick Pound deyib. O...

Bu ölkədə koronavirusa yoluxanlar hamısı sağalıb

Fransada koronavirusa yoluxanların hamısı sağalıb. Gülüstan.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib. Səhiyyə naziri...

MSK seçkiyə yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. Gülüstan.info xəbər verir ki, bununla əlaqədar məsəl...

Çempionlar Liqası və Avropa Liqasına ara verilə bilər - UEFA-dan rəsmi açıqlama

UEFA Çempionlar Liqasına və Avropa Liqasına ara verilə bilər. Gülüstan.info xəbər verir ki, bu barədə UEFA-nın ikinci başqanı Mixael Uva açıqlama ...