10.10.2019

«Moskva Paşinyana Qarabağla bağlı ilk siqnalını verdi»

Rusiya Paşinyana Lavrovun simasında Qarabağla bağlı ilk siqnalını verdi.

Bunu “168 Jam”a müsahibəsində politoloq Qriqori Trofimçuk deyib.

“Lavrovun açıqlaması Nikol Paşinyana uzun illər davam edən danışıqlar prosesini məhv etməməsi ilə bağlı xəbərdarlıq idi. Rusiya tərəfi Paşinyanın bəyanatları qarşısında uzun müddət susdu və nəhayət, ilk siqnalını verdi. Ekspert kimi mən belə siqnalı gözləyirdim. Başqa sözlə desək, Moskva imkan verməyəcək ki, bu konflikt Paşinyanın müraciətindən çıxarılan tezislər əsasında Cənubi Qafqazda stabilliyi pozsun”, – deyə o bildirib.

Trofimçuk Paşinyanın qeyri-müəyyən siyasəti nəticəsində Azərbaycanın Rusiyanın strateji tərəfdaşına çevrilməsinin normal hal olduğunu deyib:

“Rusiya burada heç bir balansı pozmur. Keçən ilin yazından balansı Ermənistanın yeni hökuməti pozur. Lap yeni pozuntular isə yoldadır”.

Mənbə axar.az


Digər xəbərlər


Ülvi Quliyevin lider olduğu Dairənin 4 məntəqəsinin nəticələri ləğv edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alı...

Rusiya ilə Türkiyə İdlib məsələsini müzakirə edəcək

Rusiya İdlib problemi üçün Türkiyə ilə yeni müzakirlərə başlayacaq. Gülüstan.info xəbər verir ki, bu bardə Rusiya Xarici işlər naziri Sergey Lavro...

"Məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır" - Məzahir Pənahov

“Bülletenləri korlayan məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır. Onlar barəsində çox ciddi ölçü götürülməldir”. Gülüstan.info xə...

Dövlət Mükafatları Komissiyasının sədri Əli Əsədov oldu

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibini...