09.10.2019

Nəhayət ki bu cərimə tətbiq olundu

Yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir

Yanğınların təhlili göstərir ki, açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda baş vermiş yanğınların statistikasında son zamanlar artım dinamikası müşahidə olunur. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bəzi hallarda yanğının eyni ünvanda dövrü olaraq təkrarən qeydə alınmasını nəzərə alaraq, bildiririk ki, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Sözügedən tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, «Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi»nə görə inzibati məsuliyyət nəzərdə tutulub.

Bildiririk ki, yuxarıda qeyd olunan səbəblərdən baş verən yanğın hadisələrinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunur, nəticədə bu işlərə əlavə güc sərf edilir, texnika aşınır, dövlət büdcəsindən külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur.

Yanğın nəzarəti funksiyasını həyata keçirən orqan olaraq mütəmadi olaraq tərəfimizdən yanğın təhlükəli sahələr müəyyən olunur və bu nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər edilir. Hazırda respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilib, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.

Mənbə sputnik.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər (FOTO)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıd...

"Barış pınarı" antiterror əməliyyatı nəticəsində artıq 560 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi «Barış pınarı» antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və Y...

Qaza aid sayğaclar yenilənir

“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edi...

Mollalar Türkiyəni arxadan vurdu

Suriyanın şimalında fəaliyyət göstərən kürd terror təşkilatlarının rəhbərlərindən biri İrana bağlı yaraqlıların hücumuna məruz qaldıqlarını bəyan edi...