09.10.2019

Prezident və Birinci xanım şəhid ailəsinin toyunda iştirak edəcək

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində oldular. Bildirildi ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.

Söhbət zamanı ev sahibəsi Prezident və xanımını oğlunun toyuna dəvət edib:

«Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz».

Ölkə başçısı isə bu dəvətdən məmnun olduğunu bildirib: «Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin. Tarixi məlumdur? Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik”.

Birinci xanım Mehriban Əliyeva da dəvətdən məmnunluğunu ifadə edib: «Böyük məmnuniyyətlə gəlib iştirak edərəm».

Mənbə trend.az


Digər xəbərlər


Çin turist səfərlərini dayandırdı - Rusiyadan vətəndaşlarına xəbərdarlıq

Rusiyanın İnsan Sağlamlığı — İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi Çin hökümətinin koronavirusun yayılmasının qarşısını almaq üçün x...

Beşiktaş" əfsanəsinə tapşırılır

Türkiyənin «Beşiktaş» klubunun baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Gülüstan.info xəbər verir ki, «Beşiktaş»ın yetirməsi,...

Tehranda Azərbaycan və Türkiyə şüarları - Video

«Traktor» azarkeşləri İran çempionatının 17-ci turunda Tehran stadionunda keçirilən «Persepolis»lə səfər oyununda Azərbaycan və T...

Türkiyə vətəndaşlarına Çinlə bağlı xəbərdarlıq etdi

Türkiyənin Xarici İşlər Nazrliyi vətəndaşlarını Çinə getməməyi tövsiyə edir. Gülüstan.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazrliyi koronavir...