02.10.2019

Qarabağ bölgəsində əhalinin necə siyahıyaalınmasından — VİDEOREPORTAJ

Azərbaycanın hər yerində olduğu kimi, Bərdə rayonunda da bu mühüm dövlət tədbiri olan əhalinin siyahıya alınması işlərinə başlanılıb. 

Bərdə Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov bildirib ki, əhalinin siyahıyaalınması “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarına əsasən aparılır: «Bir neçə gün əvvəldən hazırlıq işləri qrafikə ciddi əməl edilməklə həyata keçirilib. Şəhər, qəsəbə və kənd ərazi dairələri üzrə sxematik xəritələr işlənib, ərazilər, küçə adları təkrar dəqiqləşdirilib. Normativə uyğun olaraq siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri yaradılıb. Siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri üzrə işə cəlb edilmiş işçilərin sentyabrın 27-dək təlimatlandırılması tərtib edilmiş proqram üzrə davam etdirilib».

Qeyd edək ki, ötən siyahıyaalmadan sonrakı dövrdə Bərdə rayonunun əhalisi 14 min 703 nəfər və ya 10,5 faiz artaraq, bu il yanvarın 1-nə 156,4 min nəfərə çatıb. Siyahıyaalmaya Ermənistanın işğalı nəticəsində doğma yurdundan didərgin düşərək rayon ərazisində məskunlaşan məcburi köçkünlər də cəlb edilib.

Mənbə report.az


Digər xəbərlər


Olimpiya oyunları təxirə salına bilər - Koronavirusa görə

Olimpiya oyunlarının taleyi koronavirusdan aslıdır. Gülüstan.info xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dick Pound deyib. O...

Bu ölkədə koronavirusa yoluxanlar hamısı sağalıb

Fransada koronavirusa yoluxanların hamısı sağalıb. Gülüstan.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib. Səhiyyə naziri...

MSK seçkiyə yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. Gülüstan.info xəbər verir ki, bununla əlaqədar məsəl...

Çempionlar Liqası və Avropa Liqasına ara verilə bilər - UEFA-dan rəsmi açıqlama

UEFA Çempionlar Liqasına və Avropa Liqasına ara verilə bilər. Gülüstan.info xəbər verir ki, bu barədə UEFA-nın ikinci başqanı Mixael Uva açıqlama ...