10.10.2019

Şəki yenə də heyrətləndirdi — Antik dövrə aid abidələr aşkarlanıb — FOTO

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır.

Qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Dövr Arxeologiyası şöbəsi və Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən həyata keçirilir.

Araşdırmalar antik dövrün izlərini üzə çıxarıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovun sözlərinə görə, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərinə aiddir: «Ancaq keçid prosesində ərazidə yaşayan əhali dəyişməyib, sadəcə yeni mədəni dalğa özünü göstərib. Ərazidə 5 qəbir və qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal olunur».

Ərazidə dron vasitəsi ilə də çəkilişlər aparılır. Qazıntıların foto planları hazırlanır, 3D modeli yığılır. İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılmış «Əbədi süküt labirinti» muzeyində sərgilənəcək. Eksponatlar həmçinin yerli muzeylərə də təqdim ediləcək.

Mənbə report.az


Digər xəbərlər


"Arsenal"ın futbolçusu: "Qarabağ"la oyunu heç vaxt unutmaram"

«Əsas komandada debütüm ötən il Ukraynada «Vorskla»ya qarşı matçda gerçəkləşmişdi. Səfərdə olduğundan, oyun bizim üçün asan keçməmişdi...

İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellas...

Prezident və xanımı Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə...

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuir...