02.10.2019

Sabah ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Ölkə ərazisində oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20°, gündüz 23-26°, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mənbə azertag.az


Digər xəbərlər


Olimpiya oyunları təxirə salına bilər - Koronavirusa görə

Olimpiya oyunlarının taleyi koronavirusdan aslıdır. Gülüstan.info xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dick Pound deyib. O...

Bu ölkədə koronavirusa yoluxanlar hamısı sağalıb

Fransada koronavirusa yoluxanların hamısı sağalıb. Gülüstan.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib. Səhiyyə naziri...

MSK seçkiyə yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. Gülüstan.info xəbər verir ki, bununla əlaqədar məsəl...

Çempionlar Liqası və Avropa Liqasına ara verilə bilər - UEFA-dan rəsmi açıqlama

UEFA Çempionlar Liqasına və Avropa Liqasına ara verilə bilər. Gülüstan.info xəbər verir ki, bu barədə UEFA-nın ikinci başqanı Mixael Uva açıqlama ...