04.10.2019

Sahibkarların götürdüyü kreditlərdə bu tələb aradan qaldırılıb

Azərbaycanda əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. 

Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, son illər həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi istiqamətində bir sıra nailiyyətlər əldə edilib, bu sahədə mühüm institusional tədbirlər həyata keçirilib. Həyata keçirilmiş islahatlar çərçivəsində ölkədə kredit zəmanət mexanizmi və həmin mexanizm çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına faiz subsidiyalarının verilməsi kimi maliyyə dəstəyi aləti yaradılıb.

2018-ci ilin sonlarından etibarən Fond kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinə başlayıb, bu dövr ərzində iqtisadiyyatın müxtəlif sahələri üzrə (qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı) 41,759 milyon manat sahibkarlıq kreditlərinin verilməsinə nail olunub.

Dövr ərzində Fond mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirib, bu sahədə beynəlxalq təcrübə araşdıraraq müvafiq təhlillər aparıb. Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib.

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində artıq Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.

Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq. 

Mənbə report.az


Digər xəbərlər


Bu gün Dünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başlayır. Yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraq...

Yanacaq bahalaşdı

Gürcüstanda 2019-cu ildə avtomobil yanacağının qiyməti 8 tetridən 29 tetriyədək bahalanıb. 2019-cu ilin əvvəlində benzinin qiyməti markasından ası...

Türkiyə elektromobilləri Azərbaycanda satılacaq

Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır. Gülüstan.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiy...

Huawei işlədənlər! Şirkət sizə "surpriz" hazırlayıb

Bildiyiniz kimi Huawei ilə Google şirkətinin arası açılmışdı. ABŞ qadağaları səbəbilə Huawei telefonlarında artıq Google servisləri olmayacağı üçün ş...