04.10.2019

Samsung Çindən getdi

Gərgin rəqabət bir sıra markaların Çində yerləşən fabriklərinin bağlanmasına səbəb olur

Satışa hazırlanan məhsuldan qənaətbəxş gəlir əldə etmək üçün hər şirkət istehsal müddətini və prosesini ən uyğun şəkildə planlaşdırmalıdır. Bir çox texnologiya şirkətləri Çini maliyyə sərfiyyatı baxımından istehsal ölkəsi olaraq seçiblər. Bu, şirkətın əldə edəcəyi məbləğdə artıma səbəb olsa da paralel olaraq digər şirkətlərə rəqabət də yaratmış olur. 

Texnoloji avadanlıqlar üzrə bazarda böyük satış payına sahib olan Samsung hər il istehsal olunan fərqli smartfonlardan milyonlarla dollar gəlir əldə edir. Bir sıra markalar kimi Cənubi Koreya şirkəti olan Samsung da məhsullarını həm də Çində istehsal edir. Lakin şirkətin verdiyi son qərara əsasən, artıq Çində yerləşən Samsung istehsal mərkəzi fəaliyyət göstərməyəcək. Verilən bu qərara səbəb olaraq isə telefon istehsal edən markalararası raqabətın artması göstərilib. Çində istehsal olunan Xiaomi, Huawei və digər yerli markaların bazara daha hakim olması da bu rəqabəti daha da artırır. 

Yapon markası olan Sony də 2019-cu ilin əvvəllərində Çindəki fabrikini bağlamışdı. Smartfon bazarında daha az satış edən Sony rəsmiləri yeni fabrikin Tailandda olacağını bildirmişdilər. 

Apple isə rəqabətə baxmayaraq istehsalın böyük bir hissəsini hələ də Çin Xalq Respublikasında həyata keçirir.

Samsung markalı smartfonların Çində istehsalı dayandırılsa da, satışının davam edəcəyi bildirilib.

Bu xəbəri Marcom Marketinq və Kommunikasiya şirkətinin dəstəyilə təqdim edildi.

Mənbə marja.az


Digər xəbərlər


Ucuz mənzil almaq istəyənlər bu xəbər sizin üçündür – YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Müraciə...

Xəz dərisinin satışına qadağa başlanıb

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb. ...

Köhnə maşını olanlar! Avtomobilləriniz istismardan çıxarılır

«Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir».  Bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. O...

Huawei şirkəti Google servislərini geri qaytara bilər

Görünür, ABŞ prezidenti Donald Trump öz qəzəbini sakitləşdirərək Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalardan bəzilərini l...