12.10.2019

Samsung ucuz Galaxy Note 10 üzərində çalışır

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti özünün Galaxy S  Galaxy Note seriyalarını birləşdirəcək. İndi isə ortaya çıxmış məlumata əsasən şirkət daha bir Galaxy Note smartfon modeli üzərində çalışır. Bu barədə Sammobile saytı xəbər verib. SM-N770F model nömrəsinə sahib smartfon adi Galaxy Note 10-nun daha büdcəli versiyası olacaq və orta seqmentə aid ediləcək.

Çox güman ki, smartfon ya Galaxy Note 10 Neo ya da Galaxy Note 10 Lite adını əldə edəcək. Lakin bu barədə hələ dəqiq bir məlumat yoxdur. Gözləntiyə əsasən bu model də adi Galaxy Note 10 kimi S Pen stilusunun dəstəyinə sahib olacaq. Lakin adi Galaxy Note 10-dan fərqli olaraq büdcəli model daha orta texniki göstəricilərə sahib olacaq. Bu səbəbdən Samsung şirkəti sözügedən Galaxy Note 10 modelinin qiymət göstəricisini aşağı sala bilər.

Qeyd etmək lazımdır ki, şirkət daha öncə də Galaxy Note seriyasında büdcəli modelləri satışa çıxartmışdı. Buna misal olaraq Galaxy Note 3 Neo-nu və Galaxy Note Fan Edition-u gətirmək olar. Məlumatda qeyd edilib ki, büdcəli Galaxy Note 10 modeli dəqiq olaraq Avropa bazarında satışa çıxacaq və iki rəngdə təqdim olunacaq: Qara və qırmızı. Büdcəli Galaxy Note 10-nun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində bir məlumat yoxdur.

Mənbə technote.az


Digər xəbərlər


Ucuz mənzil almaq istəyənlər bu xəbər sizin üçündür – YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Müraciə...

Xəz dərisinin satışına qadağa başlanıb

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb. ...

Köhnə maşını olanlar! Avtomobilləriniz istismardan çıxarılır

«Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir».  Bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. O...

Huawei şirkəti Google servislərini geri qaytara bilər

Görünür, ABŞ prezidenti Donald Trump öz qəzəbini sakitləşdirərək Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalardan bəzilərini l...