04.10.2019

SOCAR-ın neft emalı zavodu işini dayandırdı

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.

Bu barədə APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, NEZ-in işi bu gündən etibarən dayandırılıb: “Müəssisənin işi bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır”.

İlk növbədə, neftin ilkin emalı (ELOU-AVT) qurğusunun fəaliyyəti dayandırılıb. Tədricən başqa qurğularda da təmir işləri aparılacaq, deyə İ. Əhmədov əlavə edib.

Mənbə axar.az


Digər xəbərlər


Ucuz mənzil almaq istəyənlər bu xəbər sizin üçündür – YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Müraciə...

Xəz dərisinin satışına qadağa başlanıb

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb. ...

Köhnə maşını olanlar! Avtomobilləriniz istismardan çıxarılır

«Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir».  Bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. O...

Huawei şirkəti Google servislərini geri qaytara bilər

Görünür, ABŞ prezidenti Donald Trump öz qəzəbini sakitləşdirərək Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalardan bəzilərini l...